Neft fontanı

quyudibi təzyiqin təsiri ilə neft və qazın quyudan çıxması. Qapalı və açıq növlərə ayrılır. Açıq n.f. yanğın cəhətdən təhlükəli olub, neft yatağının işlənməsinə və çıxarılan neftin keyfiyətinə mənfi təsir göstərir. Qapalı n. f. isə tənzim edilir.
Neft Fondu
Neft kəməri
OBASTAN VİKİ
Neft fontanı (film, 1929)
== Məzmun == Film Abşeron mədənlərinin birində quyunun güclü neft fontanı vurması hadisəsi haqqındadır.
Bibiheybətdə neft fontanı yanğını (1898)
Bibiheybətdə neft fontanı yanğını — 27 iyul 1898-ci ildə neft mədənlərində yanğın hadisəsi. == Məzmun == 1898-ci il iyulun 27-də gecə Bibiheybətdə, Bakı taciri, milyonçu Y. V. Vişaunun mədənində yanğın baş verir. Yanğın fontan vuran 32 saylı quyunu bürüyür, sonra da yaxınlıqdakı buruqlara keçir. Demək olar ki, mədənin yarısı-milyon pud nefti olan anbar, 9 buruq od tutub yanır. Bütün bu dəhşətli hadisə "Bibiheybətdə neft fontanı yanğını" adlı filmdə öz əksini tapmışdır.
Baxçasaray fontanı
"Baxçasaray fontanı" (rus. Бахчисарайский фонтан) — Aleksandr Puşkinin bayronsayağı cənub poemaları silsiləsindən olan ikinci poeması. "Qafqaz əsiri"ndən sonra Puşkin "Baxçasaray fontanı" poemasını yazıb. Bu poema istər məzmun, istərsə də ifadə gözəlliyi ilə Puşkin sənətində daha yeni bir ədəbi hadisə idi. "Baxçasaray fontanı" tarixi bir rəvayət üzərində qurulsa da, ideyaca müasirləşdirilmişdir. Şair eşitdiyi tarixi rəvayəti də məqsədyönlü şəkildə dəyişdirmiş, polyak qızı Mariya surətini rəvayətə əlavə etmişdi. Bir sıra başqa cənub poemalarında olduğu kimi burda da həyat eşqilə ölüm hissinin və azadlıqla əsarətin son dərəcə cazibədar və düşündürücü bir ziddiyyətini yaratmışdır. Zülmkar Gəray, azad ruhlu, ipək qəlbli Polşa gözəli Mariya, eşq nə olduğunu anlamayan, bir daş heykəli andıran xacə və qəlbi daima yaşamaq eşqilə çırpınan çoşqun, ehtiraslı əsir qadın Zarema poemanın əsas surətlətidir. Biri digərinə tamamilə zidd olan bu cəmiyyətlərin qarşılaşdırılmasından bir-birinə zidd olan zehniyyətlər, surətlər, fikirlər, zövqlər və anlayışlar doğmuşdur. Lakin nə bu zidd səciyyələrin, nə də bu zidd zehniyyətlərin, görüşlərin heç biri uydurma deyil.
Bibiheybətdə neft fontanı yanğını (film, 1898)
Bibiheybətdə neft fontanı yanğını — qısametrajlı sənədli film. Rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə çəkilmişdir. Bu, reportaj manerasında çəkilmiş, hadisəli informasiya janrının bütün tələblərinə cavab verən xronikal filmdir. == Məzmun == İyulun 27-də gecə Bibiheybətdə, Bakı taciri, milyonçu Y. V. Vişaunun mədənində yanğın baş verir. Yanğın fontan vuran 32 saylı quyunu bürüyür, sonra da yaxınlıqdakı buruqlara keçir. Demək olar ki, mədənin yarısı-milyon pud nefti olan anbar, 9 buruq od tutub yanır. Bütün bu dəhşətli hadisə kinosüjetdə öz əksini tapmışdır. Bu, reportaj manerasında çəkilmiş, hadisəli informasiya janrının bütün tələblərinə cavab verən xronikal filmdir. == Film haqqında == Azərbaycan xalq yazıçısı, görkəmli kinodramaturq və kinorejissor Rüstəm İbrahimbəyov dünya kinosunun 100 illiyi münasibətilə Parisdə keçirilən yubiley tədbirlərində iştirak edərkən, orada göstərilən ən yaxşı filmlər içərisində "Bibiheybətdə neft fontanı yanğını" kinolentini görmüşdür. Kinosüjet "Canlı fotoşəkillər" kolleksiyası adı altında 1900-cü ildə Parisdə Ümumdünya sərgisində böyük uğurla nümayiş etdirilmişdir.
Neft
Neft (əski akkad dilində "napatum", yəni iylənən, alovlanan deməkdir) — əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyi olan yanar maye. Karbohidrogenlərin qarışıqda çəki payı böyük intervalda dəyişir. Yüngül (xüsusi çəkisi aşağı və sıxlığı kiçik) neftlərdə 97%, ağır neftlər və bitumlarda isə bu rəqəm 50%-ə qədər azala bilər. Neftin tərkibindəki karbohidrogenlər başlıca olaraq alkanlar, tsikloalkanlar və müxtəlif aromatik karbohidrogenlərlə təmsil olunur. Bundan əlavə neftin tərkibində azot, oksigen, kükürdlü birləşmələr və çox cüzi miqdarda dəmir, nikel, mis və vanadium metallarına da rast gəlinir. O, Yer kürəsində ən mühüm təbii enerji ehtiyatlarından sayılır. Neft elektrik enerjisinin əldə edilməsi və nəqliyyat vasitələrində yanacaq kimi istifadə edilir. Bundan əlavə neft kimya sənayesində süni materialların və başqa məhsulların alınmasında istifadə edilir. Buna görə də, o həm də "Qara qızıl" adlanır. Neft-qaz sıralı karbohidrogen yataqlarına yerin min, 2 min metrdən 5–6 min metrə qədər dərinliklərində rast gəlinir.
Əbədi həyat fontanı
“Əbədi həyat fontanı” (ing. Fountain of Eternal Life) həmçinin “Müharibə Memorial Fontanı” (ing. War Memorial Fountain) və “Müharibə alovları içərisindən yüksələn sülh” (ing. Peace Arising from the Flames of War) abidəsi kimi də tanınan, ABŞ-nin Ohayo ştatının Klivlend şəhərinin mərkəzində yerləşən heykəl və fontandır. 30 may 1964-cü ildə açılışı olmuş abidənin müəllifi Klivlend incəsənət İnstitutunun yetirməsi olan heykəltaraş Marşal Frederiksdir. Müharibə zamanı orduda xidmət etmiş, həlak olmuş və ya itkin elan edilmiş Böyük Klivlendlilərin şərəfinə ucaldılmış abidə Klivlend Mall parkı ərazisində yerləşən “Veterans' Memorial Plaza” binasının qarşısında ucalır. == Tarixi == Fontan “Cleveland Press” qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə, müxtəlif vətəndaşlar, şirkətlər və təşkilatlardan toplanmış $250,000 hesabına ucaldılmışdır. Kompleksin mərkəzində yerləşən 11 metrlik (35 ft) bürünc insan fiquru müharibə alovunu qaçıraraq əbədi sülh üçün səmaya ucalır. Heykəlin təməlində dayanan bürünc sfera yer kürəsini təmsil edir. Coğrafi sivilizasiyaları təmsil edən dörd qranit qabartma sferanın ətrafında yerləşdirilib.
1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı
1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı ― rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə çəkilmiş qısametrajlı sənədli film. Film Azərbaycan kinosu tarixində çəkilmiş ilk filmlərdən biridir. Kinosüjetdə Balaxanı mədənlərinin birində neft quyusunun fontan vurması əks olunmuşdur. Sujetdəki quyunun Balaxanı ərazindəki “21060” nömrəli quyu olduğu iddia olunur. Sözügedən quyu 1898-ci ilin noyabr ayında VI horizontdan sutkalıq 11 ton neft hasilatı ilə istismara verilmişdir və hələ də istismar olunur. Kinosüjet "Canlı fotoşəkillər" kolleksiyası adı altında 1900-cü ildə Parisdə Ümumdünya sərgisində böyük uğurla nümayiş etdirilmişdir. Nümayiş etdirilən süjetlər arasında "Bibiheybətdə neft fontanı yanğını", Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi, "Qafqaz rəqsi", "İlişdin" kinosüjetləri də var idi. Bunları izləyən Lümyer qardaşları onlardan bir neçəsini almış və öz kolleksiyalarına daxil etmişlər. Sonradan həmin kinosüjetlər Paris kinoarxivinə təhvil verilmiş və bu günə kimi orada qorunub saxlanılır. 2001-ci ildə Azərbaycan Dövlət Film Fondunun təşəbbüsü ilə bu kinosüjetlərdən ikisinin surətləri — "Bibiheybətdə neft fontanı yanğını" və "1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı" Bakıya gətirilmiş və hazırda Azərbaycan Dövlət Film Fondunda qorunub saxlanılır.
Suraxanıda Qaz Fontanı (1925)
== Məzmun == Avqustun 25-də səhər Suraxanı bölgəsindəki VI mədəndə 76/57 saylı buruqda qaz fontan vurur. Kinoreportaj janrında çəkilmiş kinoxronikada həmin hadisə öz əksini tapmışdır. == Film haqqında == Film saxlanılmayıb. == Mənbə == М.З. Рзаева. Документальное кино Азербайджана. Б., 1971 г., стр. 28. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Ağ neft
Kerosin və ya ağ neft — neftin qovulmasından alınan şəffaf neft məhsulu. Onun qaynama temperaturu 110 °C-dən 320 °C-ə qədər intervalda ola bilir. == Tərkib və xüsusiyyəti == Sıxlıq 0.78-0.85 g / cm³ (+20 °C-də), özlülük 1.2-4.5 mm² / s (+20 °C-də), parlama nöqtəsi + 28… + 72 °C, avtomatik yanma temperaturu 200-400 °C (asılı olaraq mühitin təzyiqi), yanma istiliyi təxminən 43 MJ / kq-dır. Doymuş alifatik karbohidrogenlər – 20-60 % Neftin kimyəvi tərkibindən və emal üsulundan asılı olaraq onun tərkibinə aşağıdakılar daxildir: doymuş alifatik karbohidrogenlər — 20—60 %, Naften karbohidrogenləri – 20-50 %, Bitsiklik aromatik karbohidrogenlər – 5-25 %; Doymamış karbohidrogenlər – 2 %-ə qədər. Kerosinin aşağıdakı növləri fərqləndirilir: aviasiya, lampa (əlavə olaraq qətranın, naften turşusunun və aromatik karbohidrogenlərin miqdarını azaltmaq üçün sulfat turşusu ilə təmizlənir), texniki, həlledici (əlavə olaraq aromatiksizləşdirilir). Xalq təbabəti aviasiya və lampa kerosinini istifadə edir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === V.M.Abbasov və b. Təbiət kimyasının möcüzələri və ondan istifadə qaydaları. “Elm” nəşriyyatı, Bakı-2014. 266 səh.
Neft Akademiyası
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və ya qısaca ADNSU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Universitetin tarixi 1887-ci ildən başlayır. 10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılmışdır. 1896-cı ildə texniki məktəb "Bakı aşağı səviyyəli texniki məktəbə" çevrilmişdir. 1896–1905-ci illər ərzində bu məktəbin mexanika şöbəsi üzrə 50 nəfər, inşaat şöbəsi üzrə isə 55 nəfər buraxılışı olmuşdur. 1910-cu ildə mexanika şöbəsinə neft-texniki və elektromexanika istiqamətlər daxil idi. 1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfəri azərbaycanlı idi. 1918-ci ildə məktəb politexnikum adlandırılmışdır. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat–memarlıq şöbələri fəaliyyət göstərmiş, tələbələrin sayı 188 nəfər olmuşdur. Bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olmuşdur.
Neft Daşları
Neft Daşları — Azərbaycan Respublikasının daxilində, Bakının Pirallahı inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2012-ci il tarixli, 519-IVQ saylı Qərarı ilə Bakı şəhəri Xəzər rayonunun Neft Daşları qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Neft Daşları qəsəbəsi Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Neft Daşları qəsəbə inzibati ərazi dairəsi Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir. Xəzərin dibində neftin olması qədim vaxtlardan məlum idi. Bir çox tarixçilərin, səyyahların əsərlərində dəniz səthi üzərində mazutlu daşların görünməsi, suda qaz qabarcıqlarının çıxması təsvir edilmişdi. Dənizin həmin hissəsinin “Qara daşlar” adlandırılması da məhz bununla əlaqədar idi. == Ümumi məlumatlar == Neft Daşları dünyanın ilk neft platformasıdır. Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Pirallahı rayonunun ərazisinə daxildir. Xəzər dənizi səthindən azca görünən "Qara qayaların" ətrafında tikilmişdir. Abşeron yarımadasından 42 km cənub-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadalar üzərində dəniz səthindən bir neçə metr hündürlükdə tikilmişdir. “Neft Daşları” paytaxt Bakıdan 90 km aralıda yerləşir.
Neft körfəzi
İran körfəzi həmçinin Ərəb körfəzi ve ya Bəsrə körfəzi (türk.Basra Körfezi; fars. خلیج فارس - Xəlic-e Fars; ərəb. الخليج العربی‎ - əl-Xəlicül-ərəbı, əl-Xəlic əl-ərəbı) — İran və Ərəbistan yarımadası arasında körfəz. Hörmüz boğazı vasitəsilə Oman körfəzi, Ərəbistan dənizi və Hind okeanı ilə birləşir. Bu körfəzin adı ilə bağlı İranla ərəb ölkələri arasında gərginlik var.İranlılar bu körfəzin adının Fars körfəzi olduğunu təkid edirlər, lakin ərəb ölkələri bu körfəzin adını Ərəb körfəzi hesab edirlər.Bu körfəz türkcə Bəsrə körfəzi də adlanır.Bu ad tarixi köklərə malikdir və Osmanlı İmperiyası dövründə bu adla tanınıb.Azərbaycanda bu körfəz İran körfəzi adlanır ki, bu yanlış addır və heç bir tarixi əsası yoxdur. Körfəzin sahilində yerləşən ölkələr Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt, İraq və İrandır. Dəclə və Fərat çaylarının qovuşması nəticəsində yaranan Şəttül-Ərəb çayı Ərəb körfəzinə tökülür. Hidroloji, hidrokimyəvi və digər xüsusiyyətlərinə görə Ərəb körfəzi dənizlərlə oxşardır. Körfəzin sahəsi 239 000 km², uzunluğu 926 km, eni 180–320 km, orta dərinliyi 50 metrdən az, maksimal dərinliyi 102 metrdir. == Mübahisəli adlandırma == Mənbələrdə körfəz müxtəlif cür adlandırılır.
Neft platforması
Neft platforması (həmçinin neft platforması, dəniz platforması, neft hasilatı platforması və s. adlanır) — dəniz dibinin altındakı qaya birləşmələrində yerləşən neft və təbii qazı çıxarmaq və emal etmək üçün qurğuları olan böyük strukturdur. Bəzi hallarda platformanın okean döşəməsinə bağlanmasına ehtiyac olur, bu vəziyyətdə platforma süni bir ada kimi görünür. Bəzi hallarda isə platforma hərəkətli də ola bilər. Ümumiyyətlə, neft platformaları qitə sahanlığı daxilində inşa edilirlər, texnologiyanın irəliləməsiylə birlikdə qazma və istehsalı dərin sularda da edilə bilər. Tipik platformalarda otuz əsas mənbə olur və fərqli dərinliklərdəki rezervuarlara çatmaq üçün şaquli sondaja icazə verilir və platformadan 8 km uzaqlıqdan nəzarət edilir. Bir çox platformada quyular kabellər köməyi ilə uzaqdan idarə edilə bilər, bu tək bir quyu üçün və ya fərqli mərkəz bir çox quyu üçün etibarlıdır. == Platforma növləri == Böyük göl və dəniz əsaslı neft platformaları və neft qüllələri (təchizatları) dünyada ki ən böyük insan yapılarılarıdır. Bir neçə müxtəlif tip platforma və qala: Sabit platformalar (Fixed Platforms) Sabit qüllələr (compliant Towers) Yarı batırılmış platformalar (Semi-submersible Platforms) Qaldırımlı platformalar (Jack-up Platforms) Qazma gəmisi (Drillships) Hərəkətli istehsal sistemi (Floating production systems) Tellə sabitlənən platformalar (Tension-leg Platforms) Dirəkli platformalar (Spar Platforms) == Ən yüksək neft platformaları == Petronius Platforması, 610 metr Baldpate Platforması, 579,1 metr Bullwinkle Platforması, 529,1 metr Troll A platforması, 472 metr Gullfaks C, 380 metr == Xarici keçidlər == Oil Rig Disposal (pdf) — Post note issued by the UK Parliamentary Office of Science and Technology.
Neft qiymətləri
Neftin qiymətləri dedikdə bir qayda olaraq, fyuçers bazarında sərbəst satılan marka növlərindən birinin bir barel neftinin, adətən Şimali Dəniz Brent markalı və ya hərdən Amerika WTI markalı neftinin spot qiyməti kimi başa düşülür. Nadir hallarda və ya daha çox əvvəllər, Dubai Crude etalon qarışıqları və OPEC səbəti istifadə edilirdi. Digər çeşidlərin qiymətləri, sıxlığı və kükürd tərkibi, habelə yatağın yerləşdiyi yerdən, keyfiyyətindən asılı ola bilər; lakin, onlar marker növlərindən birinə nisbətən tez-tez təyin olunur. Bəzi təşkilatlar, xüsusən Enerji Məlumat İdarəsi (EIA, ABŞ) ABŞ neft emalı zavodları tərəfindən alınan neftin orta çəkili maya dəyərini “dünya neftinin qiyməti” kimi istifadə edir. Neftə qlobal tələb elastikdir - qiymət dəyişkənliyi ilə praktiki olaraq dəyişmir. Bununla yanaşı, neftin etalon növlərinin spot qiymətləri əhəmiyyətli dərəcədə dəyişkənliyə məruz qalır və qlobal xarakterli bir çox siyasi və iqtisadi şərtlərlə müəyyən edilir. == Tarixi == XX əsrin birinci yarısına qədər dünya neft hasilatına, daşınmasına, ticarət və emalının təxminən 95% -nə "Yeddi bacı" adlandırılan Chevron, Esso, Gulf Oil, Mobil, Texaco, British Petroleum və Shell tərəfindən nəzarət edilirdi. Neftin qiymətləri tədarük müqavilələrinə əsasən iki ilə qədər müəyyən edilirdi. 1948-1970-ci illərdə qiymət Koreya müharibəsi (1950-1953) və Altı Günlük Müharibə (1967) dövründəki artımları nəzərə almasaq, bir barrel üçün 2.5-3 dollar arasında dəyişirdi . 1970-ci illərin əvvəllərində spot neft bazarının təməli qoyuldu.
Neft tankeri
Neft tankeri (ing. Oil tanker) - Xam neftin və ya işlənmiş neft məmulatlarının daşınmasında istifadə olunan gəmi növü. Xam neft və yeyinti məhsulları daşıyan gəmilər xarici görünüş baxımıdan bir-birlərinə oxşasalarda, daxili tərtibat və quruluş baxımlarından fərqliliklərə sahibdirlər. Dünyada ilk neft tankeri Azərbaycanda istismara verilmişdir. Belə ki, 1879-cu ildə Nobel qardaşlarının Bakıdakı neft mədənlərindən çıxarılan xam neftin daşınması üçün sifariş etdiyi Zərdüşt gəmisi dünyada istifadəyə verilmiş ilk neft tankeri hesab olunur.
Neft yataqları
Neft yatağı - Neft və qazın yer qabığının məsaməli mühitindəki təbii yığımına neft və qaz yatağı deyilir. Belə yataqlar əsas etibarilə çökmə süxurların–qumların, qumdaşıların, dolomitlərin və s. məsamə və çatlarında neft-qazın toplanması nəticəsində əmələ gəlir. Qeyd etmək lazımdır ki, hər bir məsaməli çökmə süxurda neft toplana bilmir. Məsələn, çökmə mənşəli gil süxurları neft yatağı üşün münasib süxur hesab edilmədiyi halda (onların məsaməlik əmsalı 40-50%-ə çatır), qaz yatağı üçün daha əlverişli sayılır. məsamələrində neft-qaz toplana bilən və yatağın istismarı zamanı həmin nefti və qazı özündən buraxa bilən süxura kollektor süxur deyilir.. Dünyada ən böyük neft yataqlarından Səudiyyə Ərəbistanının Qavar yatağı və Küveytin Burqan yatağını göstərmək olar. Bu yataqların balan ehtiyatları 60 milyard barel (təxminən 8.2 milyard ton) həcmində qiymətləndirilir.
Neft yatağı

Neft müharibəsi
Neft müharibəsi — neft ehtiyatları və ya onların daşınması, istehlakı və ya tənzimlənməsi ilə bağlı münaqişə. Termin ümumiyyətlə neft ehtiyatlarını ehtiva edən və ya təşkilatın neft məhsulları üçün hasilat və ya nəqliyyat infrastrukturuna malik olduğu və ya inkişaf etdirmək istədiyi coğrafi mövqedə yerləşən regionda hər hansı münaqişəyə aid edilə bilər. Bu, həmçinin bir sıra xüsusi neft müharibələrindən hər hansı birinə istinad etmək üçün istifadə olunur. Emili Meyyerdinq tərəfindən aparılan tədqiqatlar neft müharibələrini əsasən mif kimi xarakterizə etmişdir. O, neft müharibələrinin tərəfdarlarının xarici neft yataqlarını ələ keçirmək və istismar etmək qabiliyyətini lazımi səviyyədə qiymətləndirmədiyini və beləliklə də neft müharibələrinin dəyərini şişirtdiyini müdafiə etmişdir. Meyyerdinq adətən neft müharibələri kimi təsvir edilən dörd hadisəni ( Yaponiyanın İkinci Dünya müharibəsində Niderland Ost-Hindinə hücumu, İraqın Küveyti işğalı, İran-İraq müharibəsi və Boliviya ilə Paraqvay arasında Çako müharibəsi) tədqiq etmiş, əlavə neft ehtiyatlarına nəzarət münaqişələrdə təcavüzün əsas səbəbi olmadığı qənaətinə gəlmişdir.
Neft məhsulları
Neft məhsulları neft emalı zavodlarında emal edildiyi üçün xam neftdən (neftdən) alınan materiallardır. Neftin böyük hissəsi neft məhsullarına çevrilir ki, bunlara bir neçə yanacaq sinfi daxildir. Xam neftin tərkibinə görə və bazarın tələbindən asılı olaraq neft emalı zavodları müxtəlif növ neft məhsulları istehsal edə bilir. Neft məhsullarının ən böyük payı müxtəlif növ mazut və benzinin payına düşür ki, onlar da "enerji daşıyıcıları" kimi istifadə olunur.
Suraxanıda qaz fontanı (film, 1925)
== Məzmun == Avqustun 25-də səhər Suraxanı bölgəsindəki VI mədəndə 76/57 saylı buruqda qaz fontan vurur. Kinoreportaj janrında çəkilmiş kinoxronikada həmin hadisə öz əksini tapmışdır. == Film haqqında == Film saxlanılmayıb. == Mənbə == М.З. Рзаева. Документальное кино Азербайджана. Б., 1971 г., стр. 28. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı (film, 1898)
1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı ― rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə çəkilmiş qısametrajlı sənədli film. Film Azərbaycan kinosu tarixində çəkilmiş ilk filmlərdən biridir. Kinosüjetdə Balaxanı mədənlərinin birində neft quyusunun fontan vurması əks olunmuşdur. Sujetdəki quyunun Balaxanı ərazindəki “21060” nömrəli quyu olduğu iddia olunur. Sözügedən quyu 1898-ci ilin noyabr ayında VI horizontdan sutkalıq 11 ton neft hasilatı ilə istismara verilmişdir və hələ də istismar olunur. Kinosüjet "Canlı fotoşəkillər" kolleksiyası adı altında 1900-cü ildə Parisdə Ümumdünya sərgisində böyük uğurla nümayiş etdirilmişdir. Nümayiş etdirilən süjetlər arasında "Bibiheybətdə neft fontanı yanğını", Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi, "Qafqaz rəqsi", "İlişdin" kinosüjetləri də var idi. Bunları izləyən Lümyer qardaşları onlardan bir neçəsini almış və öz kolleksiyalarına daxil etmişlər. Sonradan həmin kinosüjetlər Paris kinoarxivinə təhvil verilmiş və bu günə kimi orada qorunub saxlanılır. 2001-ci ildə Azərbaycan Dövlət Film Fondunun təşəbbüsü ilə bu kinosüjetlərdən ikisinin surətləri — "Bibiheybətdə neft fontanı yanğını" və "1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı" Bakıya gətirilmiş və hazırda Azərbaycan Dövlət Film Fondunda qorunub saxlanılır.
Abkayk neft yatağı
Abkayk (ərəb. بقيق‎ ) — Səudiyyə Ərəbistanında neft yatağı. Yataq 1940-cı ildə kəşf edilmiş, 1946-cı ildən qazılır. Geoloji ehtiyatlarda 2 milyard ton neft var idi. Yağının sıxlığı 0,88 q/sm3-dir. Əsas mədən mərkəzi Abkayk qapalı yaşayış kompleksidir. Neft kəməri Səidə və Ras-Tannurə ilə keçir, həmçinin Səudiyyə Dəmir Yolları Təşkilatına məxsus dəmiryolu xətti ilə nəql olunur. Yataq "Saudi Aramco" tərəfindən qazılır. Şirkətin hasil etdiyi neftin 90%-ni təşkil edən beş yataqdan biridir. 10 km qərbdə eyniadlı özəl hava limanı yerləşir.
Azərbaycanda neft sənayesi
Azərbaycanda neft sənayesi — Azərbaycanda XX əsrin əvvəllərindən başlayaraq inkişaf edən və Azərbaycan Respublikasının iqtisadiyyatında əhəmiyyətli rolu olan sahə. Neft sənayesi əsas etibarilə Bakı ətrafında cəmləşib. Ölkədə əsl neft bumu XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Rotşild və Nobel qardaşları, eləcə də Rusiya imperiyasının neft sənayeçiləri Bakı nefti sayəsində inkişaf edirdi. Sonra isə neft yataqlarının işlənməsi və hasilatı məsələlərinə Moskvada oturan Partiya funksionerləri rəhbərlik edirdilər. Yalnız 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqillik qazandıqdan sonra azərbaycanlılar öz təbii ehtiyatlarına sahib çıxa bildilər. == Tarixi == === Erkən tarixi === Azərbaycanda neft hasilatı haqqında məlumatlar erkən orta əsr alim və səyyahlarının əsərlərində dəfələrlə qeyd olunmuş və bu qeyri-adi məhsulun böyük gəlirlər gətirdiyi bildirilmişdir. Lakin o dövrlər neft ancaq məişətdə yanacaq kimi, tibbi və hərbi məqsədlər üçün istifadə olunurdu. XIV əsr səyyahı Marko Polo bu bölgədə neftdən xəstəliklərin müalicəsi üçün istifadə edilməsi və yaxın ölkələrə neftin daşınması barədə yazmışdır. 1594-cü ildə Balaxanıdakı neft quyularının birində aşkar edilmiş daş üzərindəki yazıda 35 metr dərinliyində quyunun usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir.
Azərbaycanın neft strategiyası
Sabiq prezidenti Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, neft emalı sənayesində də dərin keyfiyyət dəyişiklikləri baş vermişdir. 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin inkişaf tarixində yeni mərhələ başlayır. 70-80-ci illərdə Azərbaycanda neft sənayesinin inkişafına təkan verən 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növləri gətirildi. Xəzərdə 2500 t gücündə "Azərbaycan" kranı, "Xəzər" tipli özüqalxan, sonralar isə dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə imkan verən "Şelf" tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yataqları kəşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 mln. t-a (şərti yanacaq) çatdırıldı. 80-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı və onlardan istifadə nəticəsində, indi Azərbaycan neftinin əsas hissəsini təşkil edən dənizin 80–350 m dərinlkdə yatan zəngin neft ehtiyatlarına malik olan yataqlar kəşf olundu (Günəşli, Çıraq, Azəri və b.). Eyni zamanda neftayırma zavodlarının yenidən qurulmasına başlandı.
Azərbaycanın neft sənayesi